cabir

cabir Xəbərlər 3-01-2025, 11:30

Hacıqabulda ağır qəza nəticəsində ölənlərin sayı artdı

Hacıqabulda ağır qəza nəticəsində ölənlərin sayı artdı
Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı üçə çatıb, dörd nəfər xəsarət alıb. Sun.Az "Report"a istinadən xəbər verir ki, yanvarın 2-də rayon ərazisində baş verən zəncirvari qəza nəticəsində 1996-cı il təvəllüdlü Aminə Fikrət qızı Qəhrəmanova, 2008-ci il təvəllüdlü Günel Vilayət qızı Qəhrəmanova və 2016-cı il təvəllüdlü Yusif Zamin oğlu Qəhrəmanov həkimlərin səyinə baxmayaraq, xəstəxanada ölüblər. Qeyd edək ki, ötən gün axşam saatlarında Bakı-Qazax magistral yolunun Hacıqabul rayonundan keçən hissəsində VAZ-2107 markalı avtomobil "Mercedes" markalı nəqliyyat vasitəsinə, daha sonra digər avtomaşına çırpılıb, nəticədə yeddi nəfər yaralanıb. Onlardan üçü xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
261 227 184 183 232 192

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.