Hacıqabulda baş verən dəhşətli qəzada xəsarət alanların SON DURUMU AÇIQLANDI
Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan dörd nəfər ambulator müalicə üçün evə buraxılıb. Bu barədə Sun.Az -ın sorğusuna cavab olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.
"Yanvarın 2-də Hacıqabul rayon Qədirxum ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan yeddi nəfər (dörd kişi, üç qadın cinsli) Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Həkimlərin səylərinə baxmayaraq 1996-cı il təvəllüdlü Aminə Fikrət qızı Qəhrəmanovanın, 2018-ci il təvəllüdlü Günel Vilayət qızı Qəhrəmanovanın və 2016-cı il təvəllüdlü Yusif Zamin oğlu Qəhrəmanovun həyatını xilas etmək mümkün olmayıb.
Digər dörd nəfər isə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda qeyd olunub.