ice berg

ice berg İdman 5-01-2025, 14:00

Voleybol üzrə növbəti turun oyun cədvəli açıqlanıb

Voleybol üzrə növbəti turun oyun cədvəli açıqlanıb
Voleybol üzrə Azərbaycan çempionatında növbəti turun oyun cədvəli açıqlanıb.

Loading.aZ yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, Yeni ilin ilk qarşılaşmaları kişi komandaları arasında olacaq. Yanvarın 7-də və 8-də IV turun oyunları baş tutacaq. Hər üç görüş Gənclər və İdman Nazirliyinin (GİN) Voleybol Mərkəzində təşkil olunacaq.

Yanvarın 9-da isə qadınların yarışında V turun matçları keçiriləcək. Qarşılaşmalar GİN-in Voleybol Mərkəzində və UNEC Voleybol klubunun idman zalında gerçəkləşəcək.

Yüksək Liqa (kişilər)

IV tur

7 yanvar

16:00. MOİK - “Azərreyl”

18:00. “Murov Az Terminal” - “Xilasedici”

GİN-in Voleybol Mərkəzi

8 yanvar

16:00. “Neftçi” - “Gənclər”

GİN-in Voleybol Mərkəzi

Yüksək Liqa (qadınlar)

V tur

9 yanvar

16:00. “Murov Az Terminal” - “Abşeron”

18:00. “Azərreyl” - “Gəncə”

GİN-in Voleybol Mərkəzi

17:00. UNEC - “Milli Aviasiya Akademiyası”

UNEC Voleybol klubunun idman zalı

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
316 306 222 247 298 266

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.