cabir

cabir Xəbərlər 6-01-2025, 12:30

Bayram günlərində 10 nəfərin meyiti tapılıb, 252 yanğın olub - Video

Bayram günlərində 10 nəfərin meyiti tapılıb, 252 yanğın olub - Video
Bayram günləri ərzində 5-i azyaşlı olmaqla 28 nəfər xilas edilib. Sun.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında bayramlarla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 252 yanğına çıxış, 25 köməksiz vəziyyətdə qalma və 6 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 5-i azyaşlı olmaqla 28 nəfər xilas edilib, hadisələr zamanı 3 nəfər xəsarət alıb, 10 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
https://youtu.be/lnTfFRxDG-k

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
226 224 212 196 206 207

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.