cabir

cabir Xəbərlər 6-01-2025, 20:30

"Prezidentin geri dönməsi və hava limanında müşavirə keçirməsi zamanında atılmış addım oldu" - Razi Nurullayev

"Prezidentin geri dönməsi və hava limanında müşavirə keçirməsi zamanında atılmış addım oldu" - Razi Nurullayev
Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçmalı olan sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb, 40-a yaxın adam həlak ollub, 20-dən çox yaralı var.

AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarə ilə bağlı Prezident İlham Əliyev AzTV-yə müsahibə verib.

Hazırda hadisə ilə bağlı başladılan beynəlxalq araşdırma davam edir.

Mövzu ilə bağl Sun.Az -a danışan Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, Azərbaycan dövlətinin və prezidentinin ilk dəqiqələrdən qətiyyətli addım atması Rusiyanı fakt qarşısında qoydu və bu gün artıq məsələ Azərbaycan-Rusiya yox, dünya məsələsidir. Deputat qeyd edib ki, cənab Prezidentin də təyyarəsi həmin gün Sankt-Peterburqa uçurdu. Prezidentin geri dönməsi və hava limanında müşavirə keçirməsi çox gözəl hesablanmış və zamanında atılmış addım oldu:

"Rusiyanın mülki və hərbi mütəxəssislərinin və idarələrinin səriştəsizliyi, məsuliyyətsizliyi və hətta özbaşınalığı bu faciəyə səbəb olub. Bu faciə nəticəsində biz həm də təəssüflər olsun ki, məhz ölümlərindən sonra üç milli qəhrəman qazandıq. Məhz, bu milii qəhrəmanların və bütövlükdə uçuş ekipajının professionallığı nəticəsində 29 sərnişin sağ qaldı. Bu şücaət həm də Rusiyanın planlarını boşa çıxarmış oldu. Çünki, təyyarə Xəzərə düşsəydi, izlərin itmə ehtimalı böyük idi.

Azərbaycan dövlətinin və prezidentinin ilk dəqiqələrdən qətiyyətli addım atması Rusiyanı fakt qarşısında qoydu və bu gün artıq məsələ Azərbaycan-Rusiya yox, dünya məsələsidir. Artıq əminliklə demək olar ki, məsələ şəffaf araşdırılacaq və bütün dünyanın gözü Brazıliyadadır. Faktların ortaya çıxması günahkarların cəzalandırılması üçün əsas vermiş olacaq və bu Azərbaycanın Rusiya qarşısında tələblərindən biridir.

Rusiya doğurdan da çox məsuliyyətsiz addım atıb və bu onlarla Rusiya üzərində uçan təyyarələr faciə ilə üzləşə bilərdi. Unutmayaq ki, cənab Prezidentin də təyyarəsi həmin gün Sankt-Peterburqa uçurdu. Prezidentin geri dönməsi və hava limanında müşavirə keçirməsi çox gözəl hesablanmış və zamanında atılmış addım oldu.

Başqa narahatlıq doğuran məqamlar da var. Onlarla liderlərin təyyarələri Rusiya səmasında olub və olur, həm onların və həm də minlərlə sərnişinləri daşıyan təyyarələr də təhlükə ilə üzləşmə riski var. Belə görünür ki, məsuliyyətsizlik və kordinasiyanın olmaması nəticəsində problem yaranıb və məhz buna görə də AZAL bir sıra Rusiya hava limanlarına uçmağı dayandırıb.

Yeri gəlmişkən, Qazaxıstan dövlətinə və xalqına da təşəkkür edirik. Onlar da öz qardaşlıq və insanlıq borclarını düzgün yerinə yetirdilər".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
365 391 322 334 331 311

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.