ice berg

ice berg Sağlamlıq 6-01-2025, 21:00

Öz-özünə danışmaq vərdişinin faydaları – PSİXOLOQ AÇIQLADI

Öz-özünə danışmaq vərdişinin faydaları – PSİXOLOQ AÇIQLADI
ABŞ-ın Viskonsin-Madison Universitetinin psixologiya professoru Qari Lupyan deyir ki, özünüzlə yüksək səslə danışmaq normaldır və hətta bəzən faydalıdır. Ekspertin fikrincə, belə vərdiş problemlərin və mürəkkəb tapşırıqların həllini asanlaşdırır.

Loading.aZın xarici KİV-ə istinadla məlumatına görə, nəzəriyyəsini sübut etmək üçün Lupyan könüllülərə bir sıra təsadüfi fotoşəkillər göstərdiyi bir araşdırma aparıb və onlardan ən diqqətəlayiq əşyaları tapmağı xahiş edib.

Məlum olub ki, iştirakçılar axtarılan obyektin adını ucadan deyəndə, bunu etmədikləri ilə müqayisədə daha tez tapıblar.

“Obyektin adını ucadan söyləmək axtarış prosesi zamanı onun vizual görüntüsünü şüurda aktiv saxlamağa kömək edir”, - psixoloq nəticələri izah edib.

Bundan əlavə, Lupyanın fikrincə, öz-özünə danışmaq əlavə motivasiya verə bilər, çünki bu, insana, xüsusən də çoxlu müxtəlif hərəkətlər tələb edən bir vəziyyətdə, konkret tapşırığı yerinə yetirməyə diqqətini cəmləməyə imkan verir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
259 276 188 232 216 202

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.