AzizA

AzizA İdman 7-01-2025, 23:30

"Neftçi" bu məşhur futbolçusunu da göndərdi

"Neftçi" bu məşhur futbolçusunu da göndərdi
"Neftçi" bu məşhur futbolçusunu da göndərdi


"Neftçi" daha bir futbolçusu ilə yollarını ayırıb.

,"Qışda gedənlər karvanı"na daha bir legioner qoşulub.

Söhbət "flaqman"ın sen martinli vingeri Kilan Lebondan gedir.

Özünü komandada xoşbəxt hiss etməyən Lebon ayrılıqla bağlı istəyini məşqçilər korpusuna və rəhbərliyə bildirib.

Kilanın bu müraciəti müsbət qarşılanıb və onla qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.

Mövsümün əvvəlində Roman Qriqorçukun dəvəti ilə yenidən komandaya qoşulan və klubla yeni müqavilə imzalayan Lebonun qış fasiləsində özünə yeni komanda tapdığı bildirilib.

Samir Abasovun da performansından narazı olduğu Kilan Lebon demək olar ki, gedişini yaya saxlamayıb.

Bu ayrılıqla bağlı rəsmi açıqlamanın klub tərəfindən yaxın günlərdə veriləcəyi gözlənilir.

Qeyd edək ki, Lebon 2023-cü ilin yanvar ayında qoşulub. 2025-ci ilin iyul ayında müqaviləsi bitəcək futbolçu bu mövsüm "Neftçi" forması ilə 16 matçda iştirak edib


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
429 482 416 352 411 405

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.