ice berg

ice berg Sağlamlıq 8-01-2025, 13:00

Həftədə 75 dəqiqə idman etmək depressiya riskini azaldır

Həftədə 75 dəqiqə idman etmək depressiya riskini azaldır
Kembric Universitetində aparılan tədqiqatda həftədə 75 dəqiqə idman edən böyüklərin depressiyaya düşmə ehtimalının beşdə bir nisbətindən daha az olduğu qeyd edilib.

Loading.aZ xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi həftəlik fiziki aktivliyin yarısı qədər idman etməyin belə depressiya riskini beşdə bir azaldacağı müəyyən edilib. ÜST-ün tövsiyəsinə əsasən, həftədə ən azı iki saat yarım idman edən insanların isə depressiyaya tutulma ehtimalının 25% daha az olduğu vurğulanıb.

Alimlərin açıqlamasına görə, qısa müddət davam edən fiziki fəaliyyət belə zehni sağlamlıq üçün əhəmiyyətli faydalar təmin edə bilər. Araşdırmada belə qeyd olunub:
"İdman depressiyaya kömək edə bilər, çünki bu, endorfinlərin – insanı yaxşı hiss etdirən kimyəvi maddələrin ifrazını stimullaşdırır”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
315 293 245 250 290 268

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.