cabir

cabir Xəbərlər 9-01-2025, 20:00

"İlham Əliyevin müsahibəsi Azərbaycanın iqtisadi sahədə yol xəritəsi hesab edilə bilər" - Vüqar İskəndərov

"İlham Əliyevin müsahibəsi Azərbaycanın iqtisadi sahədə yol xəritəsi hesab edilə bilər" - Vüqar İskəndərov
Prezident İlham Əliyev müsahibəsində keçən il Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, icmal büdcənin 48 milyardi ötdüyünü bildirib. Qeyd edib ki, Azərbaycan tarixində bundan böyük büdcə olmayıb.

Mövzu ilə bağlı Sun.Az -a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, İlham Əliyevin müsahibəsi Azərbaycanın iqtisadi sahədə yol xəritəsi hesab edilə bilər: "Cənab prezident yerli telekanllara ənənəvi müsahibəsində bir çox maraqlı məqamlara toxundu. Bu həm də Azərbaycanın keçmişini, bu gününü və gələcəyini özündə əks etdirən vacib tezislər kimi qeyd edilməlidir. 2020-ci ildəki qələbəmiz və antiterror əməliyyatı ilə ölkəmiz suverenliyini tam bərpa etməklə dünyada unikal dövlət olmağımızım və inkişaf etməyimizi faktlar və rəqəmlərlə əsaslandırdı. Həmin fikirlərdən biri də ölkə iqtisadiyyatının inkişaf tempi ilə bağlı oldu ki, cənab prezident icmal büdcənin 48 milyardı ötdüyünü göstərməklə dünyada unikal hal olduğunu dilə gətirdi. Hazırkı büdcəmiz ölkə tarixində ən böyük büdcə hesab olunur. Bu həm də zəfər, uğur büdcəsidir. Büdcədə həm hərbi. həm sosial iqtisadiyyatın şaxələndirilməsi, ixrac-idxal spektorunda uğurlar qeyd edildi.Təbii olaraq ölkədə yerli sahibkarlığın inkişafı üçün dövlət dəstək alətlərinin qeyd edilməsi və təbii olaraq ölkə iqtisadiyyatının tempini özünsə əks etdirir. Cənab prezident qeyd etdi ki, dövlətin büdcəsi onun inkişafını özündə əks etdirir və 2025-ci ilin icmal büdcəsi bu il də Azərbaycanın inkişafını özündə əks etdirir.Qazanılmış uğurlar 2025-ci ildə də davam edəcək. Büdcənin neftdən asılılıq tempi də azalmaqdadır. Bu da iqtisadiyyatın qeyri-neft sektorundakı inkişafının göstəricidir. Əsasən də ölkəmizdə siyasi mühitin stabilliyi,əmin-amanlığın bərqərar olması əsas rollardan birini oynayır. Cənab İlham Əliyev ölkəmizin inkişaf sahələrinə nəzər yetirərək bu sahədə iqtisadiyyatımızın inkişafı ilə baglı islahatları və planları konkret faktlarla qeyd etdi. Düşünürük ki, bu müsahibə Azərbaycanın iqtisadi sahədə yol xəritəsi hesab edilə bilər".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
425 400 366 385 358 389

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.