5 adamı bıçaqlayan şəxs üçün 105 il həbs istədildi
Türkiyənin Eskişehir bölgəsində internetdən aldığı kloun paltarını geyərək 5 nəfəri bıçaqlayan şəxs üçün dövlət ittihamçısı tərəfindən 105 il həbs cəzası istənilib. Sun.Az türk mediasına istinadən xəbər verir ki, tanınmaması üçün internetdən aldığı kloun paltarından istifadə edən şəxs 5 nəfərə kəsici alətlə xəsarət yetirib. Saxlanılan bu şəxsə dövlət ittihamçısı 105 il həbs istıyib. Məhkəmənin bu qərarla razılaşacağı bildirilib.






