Ganbarofh

Ganbarofh Xəbərlər 2-09-2017, 15:39

Zakir Həsənov tapşırıq verdi - Bütün əsgərlər...

Zakir Həsənov tapşırıq verdi - Bütün əsgərlər...

Bu gün hərbi hissələrdə "Açıq qapı" günü keçiriləcək

Bu gün hərbçi yaxınları öz yaxınlarını ziyarət edə biləcəklər.

Müdafiə Nazirliyindən Loading.az-a verilən məlumata görə, Qurban bayramı münasibətilə hərbi hissələrdə "Açıq qapı" günü keçiriləcək.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Qurban bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" saat 11.00-da təşkil olunacaq.

Bu gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.

Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək "Açıq qapı" günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
521 564 556 494 504 470

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.