cabir

cabir Xəbərlər 12-01-2025, 11:00

Bakıda evdən çürümüş meyit tapılıb

Bakıda evdən çürümüş meyit tapılıb
Bakıda evdən çürümüş meyit tapılıb. Sun.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

Mənzil sahibini uzun müddətdir görməyən və pis qoxu hiss edən qonşular hüquq-mühafizə orqanlarına məlumat veriblər. Xilasedicilərin müdaxiləsi ilə mənzilin qapısı açılıb. Bağlı qapı arxasından ev sahibi, 70 yaşlı Cəsarət Səddar oğlu Əliyevin meyiti aşkar edilib. Meyitin üzərində çürümə əlamətləri müşahidə olunub. Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
222 273 195 179 241 196

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.