Ayşe Barımın xaricə getməsinə qadağa qoyulub
İstanbul Respublika Prokurorluğu, Serenay Sarıkayanın meneceri olan Ayşe Barım və bəzi sənətçilərlə bağlı sosial mediada yayılan iddialarla bağlı həqiqəti üzə çıxarmaq üçün yanvarın 10-da istintaq araşdırmasına başlayıb. Sun.Az türk mediasına istinadən xəbər verir ki, istintaq çərçivəsində bu gün Ayşə Barım üçün səyahət qadağası çıxarılıb. Ayşə Barım "Sektordakı bəzi şirkətlərlə bağlı istintaq işi başladıldı, onlardan biri də mənim şirkətimdir. Bunlara layiqli cavablarımızı verəcəyik" deyə vurğulayıb.






