"Azərbaycan qarşı yürüdülən hər hansı bir təhqir yolverilməzdir və cavabı da anında verilməlidir"-DEPUTAT
"İran və Azərbaycan münasibətləri ölkəmiz tərəfindən rasional, qonşuluq və dostluğa söykənən münasibətlər konteksindən baxılaraq inkişaf etdirilib. Təəssüflər olsun ki, biz bu münasibəti qonşu ölkədən görməmişik. Hələ Qarabağ münaqişəsi dövründə İran qeyri-konstruktiv mövqe sərgiləyib. Ermənistana dəstək verərək, Azərbaycanın ərazilərində qeyri-qanuni hərəkətlər edirdi. Bunları təbii ki, ölkəmiz bilirdi. Lakin Azərbaycan heç vaxt öz ərazisindən İrana qarşı istifadə etmədi, əksinə münasibətləri normal saxladı. Hər məsələdə Azərbaycan qonşuluq və tarixə söykənən ənənələrə sadiq qaldı". Bunu Sun.Az -a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərli bildirib.
O, qeyd edib ki, İran 2020-ci ildə Vətən müharibəsi dövründə də Ermənistanı dəstəkləyərək hərbi təlimlər keçirməyə başladı. Azərbaycana qarşı açıq-aşkar dost olmayan münasibət göstərdi. Buna baxmayaraq, cənab Prezident Xudafərin körpüsünü dost və qardaş körpüsü adlandırdı. İran isə bu jesti Azərbaycan səfirliyinə hücum etməklə qiymətləndirdi. Bu terror hərəkəti ilə Azərbaycanla arasındakı bütün körpüləri yandırdı. Bundan sonra artıq İran-Azərbaycan münasibətləri eyni səpkidə inkişaf etmədi:
"Azərbaycan öz səfirliyinə qarşı törədilən terror aktının səbəbkarlarının cəzalandırılmasını gözləyir. Cənab Prezident yeri gələndə mediaya verdiyi müsahibəsində də bunu bildirdi.
Zaman-zaman iranlı məmurlar və deputatlar Azərbaycan xalqına və Prezidentinə qarşı nalayiq ifadələr işlətdilər. Bu həddi aşan və əndazədən çıxan siyasi ədəbsizlər təbii ki, Azərbaycan tərəfindən layiqincə cavablarını alırlar. Cənab Prezident də xüsusi olaraq bildirdi ki, rəsmi Tehran mütləq üzr istəməlidir.
Biz əsasən Azərbaycan səfirliyinə qarşı törədilən terroru və onu sifariş edənlərin cəzalandırılmasını gözləyirik. Bu məsələ gecikmədən öz həllini tapmalıdır. İran bu məsələdə hər hansı bir siyasi manipulyasiyaya yol verməməlidir. Konkrekt olaraq, məsələni həll etməlidir. Düşünürəm ki, bu məsələ həllini tapacaq. Azərbaycana qarşı yönəldilən hər hansı bir təhqir yolverilməzdir və cavabı da anında verilməlidir. Biz İranla konstruktiv, normal münasibətlərin tərəfdarıyıq. Qonşu dövlət sülh şəraitində normal məcrada inkişaf edən siyasət yürütməlidir. Azərbaycan tərəfi bütün öhdəlikləri layiqincə icra edir. İran da bu cür qarşılıq verməlidir".