cabir

cabir Xəbərlər 15-01-2025, 09:30

Hüseynbala Mirələmovun səhhəti pisləşdi - Türkiyəyə aparıldı

Hüseynbala Mirələmovun səhhəti pisləşdi - Türkiyəyə aparıldı
Keçmiş deputat, yazıçı Hüseynbala Mirələmov hazırda Türkiyədə xəstəxanadadır. Sun.Az xəbər verir ki, bu barədə Modern.az-a onun özü bildirib.

"Hazırda Türkiyədə xəstəxanadayam. Heç cür danışmağa imkan yoxdur",- deyə sabiq deputat ona zəng edən əməkdaşımıza bildirib.

Yazıçıdan xəstəliyinin nə olduğunu soruşduqda, o, sualımıza cavab verməkdən yayınıb və "nə isə" deməklə kifayətlənib. Xatırladaq ki, Hüseynbala Mirələmov uzun illər hakim Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edib.

O, üç dəfə - 2005, 2010 və 2015-ci illərdə 33 saylı Xətai birinci seçki dairəsindən III, IV və V çağırış Milli Məclisə deputat seçilib. Milli Məclisin Aqrar siyasət və Mədəniyyət komitələrinin üzvü olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
269 315 237 246 204 184

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.