"Bayden komandasında erməni mənşəli insanların çalışması Azərbaycanla ABŞ arasındakı münasibətlərdə soyuqluq yaratdı" - Deputat
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb. Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda imzalayıblar.
Mövzu ilə bağlı Sun.Az -a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov Sun.Az -a bildirib ki, Bayden komandasında erməni mənşəli insanların çalışması, erməni lobbisi ilə sıx əlaqələr demək olar ki, Azərbaycanla uzun illər ABŞ ərazisindəki strateji münasibətlərdə soyuqluq yaratdı:
"Bayden hakimiyyəti son nəfəsini vermək üzrədir və bu son günlərini sayan hakimiyyət əlindən gələni etməyə çalışır ki, Tramp hakimiyyətinə yaxşı olmayan nümunələr qoyub getsin. Bayden hakimiyyətini qatı ermənipərəst mövqedə gördük. Bayden komandasında erməni mənşəli insanların çalışması, erməni lobbisi ilə sıx əlaqələr demək olar ki, Azərbaycanla uzun illər ABŞ ərazisindəki strateji münasibətlərdə soyuqluq yaratdı. ABŞ-nin dəyərlərinə yaraşmayan, Azərbaycana zidd siyasət Bayden hakimiyyətinin son günlərində daha qabarıq üzə çıxdı. Blinken və Mirzoyanın görüşü və onların strateji tərəfdaşlıq sazişi imzalaması dediklərimizə bariz nümunədir. Əslində, yanvarın 20-dən sonra Tramp hakimiyyətinin ABŞ-də hakimiyyətdə və hər hansı daxili və xarici siyasətdəki konturları cızması tamamilə bəlli deyil. Düşünürük ki, bu müqavilə bir neçə məqamı özündə əks etdirir. Birinci, bu, Ermənistana hamiçilik etməkdir. İkinci məsələ hər hansi yolla Rusiyanı Ermənistandan sıxışdırıb orada yerləşmək cəhdidir. Üçüncüsü, Azərbaycanın və Türkiyənin bölgədəki siyasətinə mane olmaq cəhdləridir. Bayden unutmalı deyil ki, bölgədə siyasi konfiqurasiyanı Azərbaycan müəyyənləşdirir".