“Snickers”li Qurabiyə

Xəmir: (12 ədəd qurabiyə üçün)
120 q kərə yağı (yumşaq)
110 q şəkər (yarım stəkan + 2 qaşıq)
1 yumurta (otaq temperaturunda)
1 çay qaşığı qabartma tozu
1 paket vanil
Bir çay qaşığının ucunda soda
150 q un (1 stəkan + 4 xörək qaşığı)
15 q nişasta (1 tam qaşıq)
40 q kakao (yarım stəkan)
Bir çay qaşığının ucunda duz
2-3 ədəd Snickers
Hazırlanması:
Şəkər xaricində bütün quru inqrediyentləri bir qabda qarışdırın. Başqa bir qabda yumşalmış kərə yağı və şəkəri bir neçə dəqiqə çalın. Yumurtanı əlavə edin və tam qarışana qədər çalın. Sonda quru inqrediyentləri əlavə edib qarışdırın. Ələ yapışmayan xəmir olmalıdır. Əgər ehtiyac olsa bir azca da un əlavə edin. Xəmiri yoğurun və 12 hissəyə bölün. Snickersi 12 hissəyə bölüb, topların içinə qoyub yumrulayın. Əvvəlcədən isidilmiş 175 dərəcədə 10-12 dəqiqə bişirin. İstəsəniz, mənim kimi stəkanla sıxa bilərsiniz. Soyuq südlə isti-isti nuş edə bilərsiniz☺️