AzizA

AzizA Məşhurlar 17-01-2025, 14:30

Məşhur rejissor Devid Linç vəfat etdi

Məşhur rejissor Devid Linç vəfat etdi
Amerikalı rejissor və ssenarist, məşhur "Twin Peaks" serialının yaradıcısı kimi tanınan Devid Linç 79 yaşında vəfat edib. Bu barədə ailəsi Linçin sosial şəbəkədəki səhifəsində məlumat yayıb. Devid Keyt Linç 20 yanvar 1946-cı ildə ABŞ-nin Montana ştatının Missoula şəhərində anadan olub. 1966-cı ildə Pensilvaniya İncəsənət Akademiyasına daxil olub. Orada kinematoqrafiya ilə maraqlanan Linç 1967-ci ildə o, ilk qısametrajlı cizgi filmini çəkib. 1980-ci ildə prodüser Mel Bruksun dəstəyi ilə lentə aldığı "Fil adam” səkkiz Oskar qazanıb. "Blue Velvet”, "Mulholland Drive” və "Twin Peaks” serialları, həmçinin "Dune” kimi ekran əsəri ilə tanınır. Keçən avqust ayında Linçə xroniki emfizem diaqnozu qoyulub. Bu, onun işləməsinə mane olub və rejissoru evə məhkum edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
258 241 262 254 244 228

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.