AzizA

AzizA Mətbəx 17-01-2025, 13:30

Badımcan və toyuqlu isti salat

Badımcan və toyuqlu isti salat
Tərkibi:
Toyuq filesi 2 əd
Badımcan 1 ədəd (böyük)
Yerkökü 1 ədəd (ortaboy)
Soğan 1 ədəd (balaca)
Sarımsaq 2 diş
Göy soğan
Duz, istiot
Soya sousu 4 xörək qaşığı
Balzamiçeskiy sous-krem 2 xörək qaşığı
Küncüt, qaraçörəkotu

Hazırlanması:
Badımcanı yuyub, iri kubiklərə bölün. Duzlayıb 15 dəqiqə saxlayın. Bu arada toyuq filesini də eyni ölçüdə doğrayıb, az yağda qızardın, duz istiot əlavə edib tam bişirin. Bişmiş toyuğu bir qaba boşaldın və eyni tavaya soğan, badımcan, uzun-uzun doğranmış kök əlavə edib qarışdırın. Tavanı örtüb bişirin. Bişməyinə az qalmış sarımsağı əzin və tavaya əlavə edin. Qarışdırın, tam bişirin. Bişmiş tərəvəzləri toyuğun üzərinə əlavə edin. Göy soğanı doğrayıb qaba tökün. Sousları və istəyə görə bir az duz-istiot əlavə edib son dəfə yüngülcə qarışdırın. Süfrəyə verdikdə üzərinə küncüt və qaraçörəkotu səpib nuş edə bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
324 361 353 329 328 347

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.