ice berg

ice berg Xəbərlər 17-01-2025, 23:00

Bakıda yağış yağacaq

Bakıda yağış yağacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecəyə doğru yağışın yarımadanın ayrı-ayrı yerlərində qısa müddətə intensivləşəcəyi ehtimalı var.

Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6°, gündüz 6-9° olacaq.

Atmosfer təzyiqi 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşama doğru şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şərq rayonlarında arabir intensivləşəcəyi ehtimalı var.

Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək, gündüz 8-13°, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
243 243 205 170 181 199

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.