ice berg

ice berg Xəbərlər 19-01-2025, 17:00

Tramp öz adına kriptovalyuta buraxdı

Tramp öz adına kriptovalyuta buraxdı
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp inauqurasiya mərasiminə bir neçə gün qalmış sosial media hesablarında “TRUMP” adlı yeni kriptivalyuta buraxdığını açıqlayıb.

Loading.aZ xəbər verir ki, “Coinmarketcap”ın məlumatlarına görə, son 24 saatda 106,4 faiz artaraq 21,4 dollara çatan “TRUMP” adlı sikkənin bazar dəyəri təxminən 4,3 milyard dollardır.

Trampın “X” və “Truth” hesablarında bazara çıxarılan yeni kriptovalyuta ilə bağlı elan da yer alıb.

“Coinmarketcap” analiz şirkətinin məlumatına görə sikkə bazar dəyərinə görə 33-cü yerdədir.

Digər tərəfdən, bəzi istifadəçilər sosial şəbəkədəki elanın altında Trampın hesabının hakerlər tərəfindən ələ keçirilə biləcəyi ilə bağlı şərhlər yazıblar.

Trampın açıqlamaları ilə paylaşdığı internet saytında “TRUMP” adlı sikkənin məşhur kriptovalyutalardan biri olan Solana şəbəkəsi üzərindən dövriyyəyə buraxıldığı məlum olub. Cəmi 200 milyon sikkənin dövriyyədə olduğu və bu məbləğin üç il ərzində 1 milyarda çatacağı bildirilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
238 267 172 213 179 207

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.