ice berg

ice berg Xəbərlər 20-01-2025, 15:00

"Üç dövlət sübutlar toplayır" - Baş prokuror qəzaya uğrayan təyyarədən DANIŞDI

"Üç dövlət sübutlar toplayır" - Baş prokuror qəzaya uğrayan təyyarədən DANIŞDI
AZAL təyyarəsinin Aktauda qəzaya düşməsi ilə bağlı Qazaxıstan və Rusiyanın müvafiq qurumları, hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar aparılır.

Loading.aZ xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hər üç ölkədə cinayət işi başlanılıb, istintaq aparılır: “Hər üç dövlət özünə aid sübutları toplayır, sonradan bu sübutların birgə tədqiqi aparılacaq və təqsirkar şəxslərin müəyyənləşdirilməsi istiqamətində işlər görüləcək”.

Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
343 423 361 367 344 353

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.