ice berg

ice berg Xəbərlər 24-01-2025, 17:00

Təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər

Təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər
AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər. Loading.aZ xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirib.

"Komissiya işləyir. Uçuş rejimi, parametrlər və səs yazıları əsasında müəyyən nəticələr çıxarılacaq. Düşünürəm ki, gələn həftə ilkin hissə Nəqliyyat Nazirliyi tərəfindən dərc ediləcək. Çünki ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) ilkin nəticələrin hadisə baş verdikdən sonra 30 gün ərzində açıqlanmasını tövsiyə edir. Çətinliklər var, amma biz işi vaxtında yekunlaşdırmalıyıq", - Bozumbayev bildirib.

O qeyd edib ki, Braziliyada təyyarənin qara qutular"ının oxunması prosesi başa çatıb və Qazaxıstana geri qaytarılıb.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

İlkin məlumata görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
246 250 205 243 228 197

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.