cabir

cabir Xəbərlər 26-01-2025, 11:30

Tramp: "Qeyri-qanuni miqrantların ABŞ-dən deportasiyası yaxşı gedir"

Tramp: "Qeyri-qanuni miqrantların ABŞ-dən deportasiyası yaxşı gedir"
"Qeyri-qanuni miqrantların ABŞ-dən deportasiyası davam edir. İlk növbədə, qatı cinayətkarlar ölkədən çıxarılır". Sun.Az TASS-a istinadən xəbər verir ki, bunu Prezident Donald Tramp jurnalistlərə müsahibəsində deyib.

"Deportasiya çox yaxşı gedir. Biz dəhşətli, qatı cinayətkarlardan qurtuluruq. Onlar qatillərdir, insanların ən pisi. Biz əvvəlcə onlardan qurtuluruq", - Tramp jurnalistlərin sualını cavablandırarkən deyib.

Xatırladaq ki, yanvarın 20-də Tramp ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edən sərəncam imzalayıb. ABŞ lideri bildirib ki, bu, qeyri-qanuni mühacirlərin ölkəyə fəlakətli hücumunu dəf etmək üçün cənub sərhədinə qoşun göndərməyə imkan verəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
417 420 363 339 341 370

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.