cabir

cabir Xəbərlər 26-01-2025, 15:30

Bakı bazarlarında qaymaq qıtlığı - Ancaq sifarişlə gətirilir

Bakı bazarlarında qaymaq qıtlığı - Ancaq sifarişlə gətirilir
Paytaxt bazarlarında qaymaq tapmaq çətinləşib. Sun.Az Xəzər TV-yə istinadla xəbər verir ki, satıcıların sözlərinə görə, əvvəlki dövrlərdən fərqli olaraq qaymağı indi Bakıya yalnız sifarişlə gətirirlər.

Bundan başqa, təmiz qaymaqdan hazırlanan kərə yağı da qıtlıq içindədir. Satıcılar deyir ki, xalis kərə yağının əldə olunması böyük zəhmət tələb edir. Həmçinin hər keçən il xərclər artır.

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, ölkədə südlük istiqamətli heyvanlar tələbatı ödəyəcək sayda deyil. Bununla yanaşı, iqlim dəyişmələri, otlaq sahələrinin azalması və digər amillər də xərclərin artmasına səbəb olub. Yaxın vaxtlarda isə qiymətlərdə ucuzlaşma gözlənilmir.

Mövzu ilə bağlı daha ətraflı videomaterial təqdim edirik:
https://youtu.be/hi3Z3kl_Z18

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
239 277 227 210 211 223

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.