cabir

cabir Xəbərlər 27-01-2025, 09:30

Məktəblərdə qış tətili başladı

Məktəblərdə qış tətili başladı
Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ili üzrə qış tətili başlayıb. Sun.Az xəbər verir ki, bu, "Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilib.

Qış tətili 27-31 yanvar tarixlərini əhatə edir və ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Qeyd edək ki, 5 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 3 fevral, 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində isə 1 fevral 2025-ci il tarixi tətildən sonra ilk iş günüdür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
279 252 201 236 196 197

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.