cabir

cabir Xəbərlər 27-01-2025, 16:30

Sumqayıtda xəstəxanada ölən şəxsə qoyulan ilkin diaqnoz məlum olub

Sumqayıtda xəstəxanada ölən şəxsə qoyulan ilkin diaqnoz məlum olub
Sumqayıt şəhərində xəstəxanada dərmandan zəhərlənərək öldüyü bildirilən şəxsə qoyulan ilkin diaqnoz məlum olub.

Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasından Sun.Az -a verilən məlumata görə, 58 yaşlı pasiyentə "eksudativ plevrit" diaqnozu qoyulub:

"Ramiz Pirqulu oğlu Piriyev 2023-cü ilin sentyabrın 28-dən etibarən Sumqayıt şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda olub və müalicə alıb. 2025-ci il yanvarın 13-də "törədici dəqiqləşdirilməyən pnevmoniya, eksudativ plevrit" diaqnozu ilə Sumqayıt Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasının terapiya şöbəsinə köçürülüb".

09:08

Sumqayıtda dərmandan zəhərlənən 58 yaşlı kişi ölüb. Sun.Az "Report"a istinadən verir ki, 1966-cı il təvəllüdlü Ramiz Pirqulu oğlu Piriyev Sumqayıt şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserində qəbul etdiyi dərman həblərindən zəhərlənib.

O, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Aparılan müalicə və müayinələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
244 247 147 192 200 226

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.