cabir

cabir Xəbərlər 28-01-2025, 09:30

Elçilikdə "yox" cavabı alan kişi DƏHŞƏT SAÇDI - TƏFƏRRÜAT

Elçilikdə "yox" cavabı alan kişi DƏHŞƏT SAÇDI - TƏFƏRRÜAT
Xaçmazda ana və qızını avtomobil vurub. Sun.Az Baku TV-yə istinadən məlumat verir ki, hadisə rayonun Qusarçay kəndində baş verib.

Ailə başçısı Bəhərçin Kərimov iddia edir ki, ana ilə qızını elçilikdə "hə" cavabı almayan oğlan vurub:

"Bir-iki dəfə qızı istədiklərini bildirmişdilər. Dedim ki, mənim sizə verməyə qızım yoxdur. İşdən gələndə qarşısına çıxıb, qızımı da, həyat yoldaşımı da vurub. Deyib ki, mən lotuyam. Dördüncü dəfədir belə bir hadisə baş verir. Qızımdan əvvəl üçünü qaçırıb".

Xəsarət alan şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstələrə zəruri tibbi yardımlar göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, məsələ ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Ətraflı süjetdə:
https://youtu.be/NhhFMLn5Ya4

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
374 343 288 354 326 294

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.