Beynəlxalq Türk Dövlətləri Universiteti açılır
Özbəkistanın paytaxtı Daşkənddə Beynəlxalq Türk Dövlətləri Universiteti yaradılacaq. Sun.Az türk mediasına istinadən xəbər verir ki, prezident Şavkat Mirziyoyev Daşkənddə Beynəlxalq Türk Dövlətləri Universitetinin yaradılması haqqında fərman imzalayıb. 2025-2026-cı tədris ilində fəaliyyətə başlayacaq universitetdə təhsil sistemi beynəlxalq reytinqlərdə ilk 1000 universitet arasında yer alan Türkiyənin ali təhsil müəssisələrinin təhsil proqramları əsasında qurulacaq.
Universitet Özbəkistan qanunlarına uyğun fəaliyyət göstərəcək direktorlar şurası tərəfindən idarə ediləcək.
Universitet Özbəkistan qanunlarına uyğun fəaliyyət göstərəcək direktorlar şurası tərəfindən idarə ediləcək.






