Hava limanında sərnişin təyyarəsi yandı
Cənubi Koreyanın Gimhae beynəlxalq hava limanında sərnişin təyyarəsində yanğın baş verib. Sun.Az xarici mediaya istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən maşın və təcili tibbi yardım həkimləri göndərilərkən, təyyarədə olan 169 sərnişin və 7 ekipaj üzvü təxliyə edilib. Yanğın zamanı tələfat olmayıb.
Səlahiyyətli şəxslər yanğının təyyarənin quyruq hissəsindən başladığını bildiriblər. Yanğının səbəbi hələlik məlum deyil.
Səlahiyyətli şəxslər yanğının təyyarənin quyruq hissəsindən başladığını bildiriblər. Yanğının səbəbi hələlik məlum deyil.






