20 yaşlı gənc babasını və nənəsini qətlə yetirdi
Türkiyənin Mersin şəhərində həbsxanadan çıxan Hüseyn Ateş babasını və nənəsini qətlə yetirib. Sun.Az türk mediasına istinadən xəbər verir ki, narkotik aludəçisi Hüseyn Ateş, birlikdə qaldığı nənəsi Gülizar Ateş və babası arasında naməlum səbəbdən mübahisə düşüb.
Mübahisə tezliklə davaya çevrilib. Ateş bıçaqla nənəsinin və babasının boğazını kəsərək qaçıb. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım həkimləri çağırılıb. Meyitlər məhkəmə tibbi ekspertizasının morquna yerləşdirilib.
Hadisə ilə bağlı istintaq araşdırması başlayıb.