cabir

cabir Xəbərlər 30-01-2025, 12:30

Bakıda iki rayonun bəzi hissələrində QAZ OLMAYACAQ

Bakıda iki rayonun bəzi hissələrində QAZ OLMAYACAQ
Paytaxtın Sabunçu və Binəqədi rayonlarının bəzi hissələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Sun.Az quruma istinadən xəbər verir ki, "Buzovna 1-97" QTM-dən qidalanan qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması, Pirşağı-Novxanı-Xırdalan-M4 yeni avtomobil yolunun tikintisi ilə əlaqədar "Bilgəh-1" qaz xəttinin tikinti sahəsinə düşən hissəsinin təhlükəsiz əraziyə köçürülməsi və birləşmə işlərinin aparılması, həmçinin Binəqədi rayonu, S.S.Axundov küçəsi 37 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının təbii qazla təmin olunması məqsədilə 30.01.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Nardaran və Pirşağı qəsəbələrinin, Bilgəh qəsəbəsi, Ləhic bağlarının, Pirşağı qəsəbəsi, Sovxoz yaşayış massivinin və Binəqədi rayonu üzrə S.S.Axundov, A.Kunanbayev, Aydınbəyov, İ.Hacıyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
269 259 173 207 170 216

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.