cabir

cabir Xəbərlər 30-01-2025, 14:30

Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı

Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı
Rusiyada ev dustaqlığı cəzası alan azərbaycanlı milyarder, "Ximki" futbol klubunun investoru Tufan Sadıqov ev dustaqlığından azadlığa buraxılıb. Sun.Az lent.az-a istinadla xəbər verir ki, onunla birlikdə RM şirkətinin təsisçisi Olqa Danilova, "Soyuzdorstroy" şirkətinin keçmiş baş direktoru Yelena Oşirova və "MTU Saturn"un baş direktoru Artem Suslikov da ev dustaqlığından azad edilib.

Sahibkarlar Salman Yusupov və İqor Vaşuninin ev dustaqlığının müddəti isə uzadılıb. Onların hamısı mütəşəkkil dəstənin tərkibində xüsusilə külli miqdarda dələduzluqda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi) ittiham edilib və Sadıqovla birlikdə onun işi üzrə tutulublar.

Müstəntiqlərin fikrincə, müttəhimlər əlaqəli olduqları şirkətlərlə saxta kredit müqavilələri bağlayıblar. Bu şirkətlər vasitəsilə geri qaytarmaq niyyətində olmayan kreditlər alıblar. Nəticədə kreditorlar xeyli itki ilə üzləşiblər.

Xatırladaq ki, Tufan Sadıqova qarşı 2024-cü ilin dekabrında xüsusilə böyük miqyasda dələduzluq maddəsi ilə cinayət işi açılıb və barəsində ev duastaqlığı həbs qətimkan tədbiri seçilib. Onun oğlu İlya Sadıqov da "Ximki" klubunun futbolçusudur.

Onu da qeyd edək ki, idman insayderləri üzrə ixtisaslaşmış resurslara görə isə, Tufan Sadıqov 20 milyon rubl girov müqabilində azad edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
213 226 199 221 161 223

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.