Havadan danışır bir gözəl xanım
Havadan danışır bir gözəl xanım,
Yağış yağacaqdır,qar yağacaqdır.
Gah günəş çıxacaq, gah ay doğacaq,
Havalar tutulub-açılacaqdır.
Mənim günəşim də, ayım da sənsən,
Onu sinoptiklər nə bilir axı.
Sən bir az qıyqacı baxanda mənə,
Mənim gözlərimdə ildırım çaxır.
Bir güllü-çiçəkli bahar günündə,
Soyuq baxışınla qış gəlir sənin.
Mənim taleyimə yağışlar yağır,
Elə ki gözünə yaş gəlir sənin...
#BabaVəziroğlu
Yağış yağacaqdır,qar yağacaqdır.
Gah günəş çıxacaq, gah ay doğacaq,
Havalar tutulub-açılacaqdır.
Mənim günəşim də, ayım da sənsən,
Onu sinoptiklər nə bilir axı.
Sən bir az qıyqacı baxanda mənə,
Mənim gözlərimdə ildırım çaxır.
Bir güllü-çiçəkli bahar günündə,
Soyuq baxışınla qış gəlir sənin.
Mənim taleyimə yağışlar yağır,
Elə ki gözünə yaş gəlir sənin...
#BabaVəziroğlu







