cabir

cabir Xəbərlər 1-02-2025, 12:30

Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək

Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək
Sosial şəbəkələrdə fevral ayının 1-dən etibarən marketlərdə çörəyinin qiymətinin artımı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Sun.Az "Report"a istinadən məlumat verir ki, çörək istehsal edən tanınmış şirkətlərdən biri yeni çeşiddə məhsulu istehsala buraxacaq. Belə ki, marketlərdə 55 qəpiyə satılan 510 qramlıq zavod çörəyi ilə yanaşı, fevral ayının 1-dən etibarən yeni çəkidə, yeni qiymətə - 65 qəpiyə 620 qramlıq zavod çörəyi ikinci çeşid kimi tədarük olunacaq.

Bütün bunlar onu göstərir ki, əslində sosial şəbəkələrdə qiymət artımı barədə yayılan xəbərlər həqiqətə uyğun deyil. Söhbət yalnız yeni çeşiddə çörəyin satışa çıxarılmasından gedir.
https://youtu.be/-g8pqinioK0

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
282 235 164 230 201 189

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.