cabir

cabir Xəbərlər 2-02-2025, 18:30

İran ABŞ administrasiyası ilə birbaşa danışıqlara gedə bilərmi? XİN rəhbəri şərtləri AÇIQLADI

İran ABŞ administrasiyası ilə birbaşa danışıqlara gedə bilərmi? XİN rəhbəri şərtləri AÇIQLADI
İran ABŞ Prezidenti Donald Trampla birbaşa danışıqlar üçün əsas görmür. Sun.Az -ın məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı "Al Jazeera" telekanalına açıqlama verib.

"Bunun baş verməsi üçün səbəb olmalıdır. Hazırda mən buna əsas görmürəm. Lakin əlbəttə ki, onların hansı siyasət yürüdəcəyinə, dialoq üçün əsasın yaranıb-yaranmayacağına baxmalıyıq", - deyə Əraqçı bildirib.

O əlavə edib ki, keçmişdə İranın Birləşmiş Ştatlarla birbaşa əlaqələri olub və bu, nüvə sazişinin bağlanmasına şans yaradıb, lakin məhz Tramp bu sazişi pozub.

Bununla yanaşı, Əraqçı qeyd edib ki, dialoqun bərpası üçün Vaşinqton dondurulmuş İran aktivlərinin blokdan çıxarılmasına gedə bilərdi - bu, İranla Birləşmiş Ştatlar arasında etimadın bərpasında ilk addım ola bilərdi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
264 252 169 214 208 198

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.