cabir

cabir Xəbərlər 2-02-2025, 19:30

İsrail 180-dən çox fələstinli məhbusu azad edib

İsrail 180-dən çox fələstinli məhbusu azad edib
İsrail hakimiyyəti Fələstinin radikal HƏMAS hərəkatı ilə atəşkəs razılaşması çərçivəsində 183 fələstinli məhbusu azad edib. Sun.Az -ın xəbərinə görə, bu barədə "The Times of Israel" nəşri məlumat verib.

Azad edilən fələstinlilərin bir hissəsinin İordan çayının qərb sahilinə, bir hissəsinin isə Qəzza zolağına aparıldığı qeyd edilib.

Yanvarın 30-da İsrail həbsxanalarından 110 fələstinli məhbus azad edilib.

Fevralın 1-i səhər HƏMAS üç israilli girovu azad edib. Qızıl Xaç Komitəsinin nümayəndələri israilliləri Qəzza zolağında İsrail Müdafiə Qüvvələrinin və "Şabak"ın dislokasiya yerlərinə qədər müşayiət ediblər, daha sonra onlar yəhudi dövlətinin sərhədini keçərək ilkin qəbul məntəqəsinə gediblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
220 211 192 196 187 248

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.