cabir

cabir Xəbərlər 3-02-2025, 21:30

Nazirlər Kabinetinin üç Qərarı ləğv edilib

Nazirlər Kabinetinin üç Qərarı ləğv edilib
Nazirlər Kabinetinin üç Qərarı ləğv edilib. Sun.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə müvafiq Qərar imzalayıb.

Qərara əsasən, "Elektrik və istilik qurğularının texniki istismar Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 dekabr tarixli 520 nömrəli Qərarı ləğv edilib.

Həmçinin, "Elektrik qurğularının quraşdırılması Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ləğv edilib.

Bundan başqa, "Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 41 nömrəli Qərarı da ləğv edilib.

Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
318 256 221 215 196 189

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.