cabir

cabir Xəbərlər 4-02-2025, 21:30

Azərbaycanda qadının oğurlanması ilə bağlı əməliyyat keçirilib - 3 nəfər saxlanıldı

Azərbaycanda qadının oğurlanması ilə bağlı əməliyyat keçirilib - 3 nəfər saxlanıldı
İmişli Rayon Polis Şöbəsinə rayonun Boşçalılar kənd sakini olan bir qadının naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat daxil olub. Sun.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə həmin qadının olduğu "Mercedes" markalı avtomobil Salyan rayonu ərazisində müəyyən edilib.

Avtomobil qısa vaxtda saxlanılıb. Əməli törətməkdə şübhəli bilinən Elbrus Cəfərov, Vasif Məmmədov və İlkin Şirinov tutularaq istintaqa təqdim olunublar.

Faktla əlaqədar İmişli RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
273 280 263 210 189 216

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.