ice berg

ice berg Xəbərlər 6-02-2025, 22:00

Rusiyaya getmək üçün məcburi ŞƏRTLƏR

Rusiyaya getmək üçün məcburi ŞƏRTLƏR
Rusiyaya daxil olan bütün əcnəbilər, eləcə də uzun müddət ölkədə olanlar tibbi müayinədən keçməlidirlər.

Loading.aZ xəbər verir ki, bu məlumatı ölkənin Daxili İşlər Nazirliyi açıqlayıb.

Açıqlamaya əsasən, məcburi tibbi müayinə tələbi Rusiyada uzun müddət qalan bütün əcnəbilərə, eləcə də səfər məqsədindən asılı olmayaraq Avrasiya İqtisadi İttifaqı ölkələrinin vətəndaşlarına şamil edilir.

Əcnəbilər hər il müəyyən xəstəliklərin olmadığını təsdiqləməlidirlər. Başqalarının sağlamlığı üçün təhlükə yaradan yoluxucu xəstəlik aşkar edilərsə, əcnəbi ömürlük Rusiyaya giriş qadağası ilə ölkədən çıxarıla bilər.

Belarus vətəndaşları, 6 yaşınadək uşaqlar, diplomatlar və diplomatik nümayəndəliklərin əməkdaşları, onların ailə üzvləri, habelə Rusiyada akkreditə olunmuş beynəlxalq təşkilatların nümayəndələri bu öhdəlikdən azaddırlar.

Səfərin məqsədi turizmdirsə və qalma müddəti 3 aydan çox deyilsə, tibbi müayinə tələb olunmur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
278 273 166 168 197 238

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.