ice berg

ice berg İdman 11-02-2025, 21:08

Çempionlar Liqasının əsas favoriti AÇIQLANDI

Çempionlar Liqasının əsas favoriti AÇIQLANDI
Fevralın 11-də Avropanın ən nüfuzlu klub turniri - Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarına start veriləcək.

Loading.aZ xarici KİV-ə istinadla xəbər verir ki, bu oyunlar başlamazdan əvvəl superkompüter İngiltərənin “Liverpul” futbol klubuna əsas favorit statusu verib.

Opta superkompüterinin hesablamalarına görə, Çempionlar Liqasının 2024/25 mövsümünün qalibi olmağa əsas iddiaçı hazırda "Liverpul"dur. Proqnozlara əsasən, “qırmızılar” 24,6 faiz ehtimalla turnirin qalibi olacaq.

İlk 10 çempionluğa mümkün iddiaçılar bunlardır: “Arsenal” (16,6 faiz), “İnter” (14,5 faiz), “Barselona” (9,5 faiz), PSJ (6,3 faiz), “Real” (4,4 faiz), “Atletiko” (3,9 faiz), “Bayer” (3,7 faiz), “Atalanta” (3,5 faiz) və “Mançester Siti” (3,2 faiz).

Bu favoritlər siyahısı 1/16 final oyunları başa çatdıqdan sonra bir qədər azalacaq. Xüsusən də, azarkeşlər Çempionlar Liqasının son iki ilin qaliblərindən olan “Real” və ya birinci pley-off mərhələsində mübarizə aparacaq “Mançester Siti”dən birini 1/8 finalda görə bilməyəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
344 326 190 171 170 146

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.