The_Chelebi

The_Chelebi Sağlamlıq 13-02-2025, 08:00

Şirniyyat sevgisi hansı xəstəliyin əlaməti ola bilər ??

Şirniyyat sevgisi hansı xəstəliyin əlaməti ola bilər ??
Almaniyanın Tyubinqen Universitet Klinikasının alimləri müəyyən ediblər ki, depressiyadan əziyyət çəkən insanlar karbohidratla zəngin qidalara üstünlük verirlər. Üstəlik, depressiyanın simptomları dərinləşdikcə şirniyyata meyillilik daha da artır.
Take.Az-ın xəbərinə görə, bununla bağlı araşdırmanın nəticələri "Psychological Medicine" (PsyMed) jurnalında dərc olunub.

Araşdırmada 117 könüllü iştirak edib ki, onlardan 54-nə depressiya diaqnozu qoyulub.

Məlum olub ki, depressiyadan əziyyət çəkən insanlarda tez-tez iştahanın azalması müşahidə olunsa da, onlar karbohidratla zəngin qidalara - çörək, şirin içkilər, südlü şokoladlara üstünlük verirlər. Eyni zamanda, zülal və yağlarla zəngin qidalar belə xəstələrə daha az cəlbedici görünür. Bununla belə, depressiya zamanı qida seçimlərindəki dəyişikliklər iştahanın ümumi şəkildə artması ilə əlaqəli olmayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
342 327 168 160 204 146

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.