The_Chelebi

The_Chelebi Xəbərlər 13-02-2025, 09:00

Bu həkimlər Məhkəməyə Çağrılır

Bu həkimlər Məhkəməyə Çağrılır
Xeyli vaxtdır gündəmdən düşməyən üç xanımın talassemiyalı uşaqların müalicəsi üçün ayrılmış pulları ələ keçirməsi ilə bağlı məhkəmə araşdırması davam edir.

Take.AZ-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan iş üzrə hazırkı mərhələdə zərərçəkmiş şəxslər dindirilir.

Bu iş üzrə mühakimə edilən xanımlar-şirkət rəhbəri Nuridə Seyidova və onun işçiləri Aynur Bayramova və Aysel Məmmədovanın üçü də həbsdədir. Birgə dələduzluqda təqsirləndirilən müttəhimlər hazırda bir-birinə qarşı da ziddiyətli mövqedədirlər.

İşin əsas həssas məqamlarından biri təqsirləndirilən şəxslərin cinayətinin bəzi xəstələrin ölümünə gətirib çıxarmasıdır.





Vəfat edənlərdən biri də bu gün ifadə verən Sevinc Səmədovanın əridir. Zərərçəkmişin həyat yoldaşı Ramin qaraciyər serrozundan əziyyət çəkib, əməliyyat gecikdiyi üçün dünyasını dəyişib.

Bu işdə adı çəkilənlərdən biri də Mərkəzi Gömrük Hospitalının tanınmış cərrahı Mir Cəlal Kazımidir.

S.Səmədova da deyir ki, onu təqsirləndirilən şəxslərin yanına Mir Cəlal Kazımi göndərib. Həkim zərərçəkmişi inandırıb ki, həmin xanımlar xeyriyyəçidir, onlara kömək edə biləcəklər: "Mən hospitala gələnə kimi heç bunların (təqsirləndirilən şəxslər-) adını eşitməmişdim. Mir Cəlal doktorun yanına həyat yoldaşımın müalicəsi üçün gəlmişdim. Nə isə söhbət əsnasında dedi ki, bəs, həyat yoldaşın əməliyyat edilməlidir. Amma əməliyyat kifayət qədər pul tələb edir. Dedi ki, sənə bir nömrə verəcəyəm, onunla danış. Həmin adam da hazırda burada oturan Aysel idi. Həkim onların dəstəyi ilə əvvəl də əməliyyat edilənlərin olduğunu dedi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
316 282 140 186 143 149

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.