"Uğurumuzun arxasında çoxşaxəli siyasət durur"- Emin Qəribli
Dünya Bankının apardığı kompleks araşdırmanın nəticəsində Azərbaycan dünyada orta gəlirli ölkə olduğu müəyyənləşib. 30 il ərzində Azərbaycan sıfırdan müasir inkişaf etməkdə olan ölkəyə çevrilməyə müvəffəq olub. Bu qısa müddətdə Azərbaycanın böyük uğur əldə etməsi düzgün yeridilən siyasətin və düzgün yatırılan investisiyaların təzahürüdür. Mövzu ilə bağlı Sun.Az -a danışan iqtisadçı-ekspert Emin Qəribli qeyd edib ki, Dünya Bankı Azərbaycanı orta gəlirli bir ölkə kimi qəbul edib. Bu, Azərbaycanda həyata keçirilən islahatların nəticəsidir: "Azərbaycanda təyinatlılığın təmin olunmasında neft və qaz ixrac edən bir ölkə kimi strategiya və siyasətin rolu böyükdür. Neft ixrac edən ölkələr kifayət qədər çoxdur. Lakin bu uğura sahib deyillər. Uğurumuzun arxasında çoxşaxəli siyasət durur. Xüsusilə də dövlətin sahibkarlığın inkişafına maliyyə ayırması, investisiya mühitinin yaradılması öz nəticəsini göstərdi.
Biz görürük ki, Azərbaycan inkişafa nail olur. Regionların inkişafı da buna bariz nümunədir. Azərbaycanın həyata keçirdiyi, istər iqtisadi siyasət, istərsə də dünya miqyasında beynəlxalq mövqeyin artırılması burada əsaslı rol oynadı. Mən inanıram ki, bu son deyil. Bundan sonra da dünyanın bütün təşkilatları tərəfindən qiymətləndirmə qazanacağıq."