cabir

cabir Xəbərlər 16-02-2025, 13:00

Rəsmi Bakı: "Gürcüstanın Abxaziya bölgəsindəki qondarma seçkini tanımırıq"

Rəsmi Bakı: "Gürcüstanın Abxaziya bölgəsindəki qondarma seçkini tanımırıq"
Azərbaycan Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma prezident seçkisini tanımır. Sun.Az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

"Azərbaycan Respublikası Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 15 fevral 2025-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "növbədənkənar prezident seçkisi"ni, həmçinin onun nəticələrini tanımır.

Azərbaycan Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllinin tərəfdarıdır", - sənəddə qeyd olunub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
694 716 190 159 137 126

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.