Luchifer_l

Luchifer_l özünü 🤔 fikirli hiss edir. Xəbərlər 18-02-2025, 09:00

Vardanyanın separatçılara verdiyi silahların - Siyahısı

Vardanyanın separatçılara verdiyi silahların - Siyahısı
Xəbər verdiyimiz kimi, fevralın 17-də Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.

Loading.az-ın məlumatına görə, məhkəmədə Ruben Vardanyan və digərləri vasitəsilə separatçılara verilən silahların həcmi də açıqlanıb.

Bəlli olub ki, Ermənistan dövləti vaxtilə işğal etdiyi Azərbaycanın suveren ərazilərində yaratdığı və onun nəzarəti altında fəaliyyəti göstərmiş qondarma "Dağlıq Qarabağ respublikası"nı və onun qanunsuz silahlı birləşmələrini Ruben Vardanyan və digərləri vasitəsilə ümumilikdə 160 ədəd müxtəlif növ zirehli döyüş texnikası, 16.805.903 ədəd müxtəlif növ atıcı silah, onun komplekt hissələri və döyüş sursatları, 230 ədəd müxtəlif növ minaatan, tank əleyhinə 137 ədəd müxtəlif növ vasitə, 162 ədəd müxtəlif növ artilleriya topu, 3 ayaq radar sistemi və digər növ hərbi texniki əmlaklar, 41 min 522 ədəd müxtəlif növ əl qumbarası, habelə uçuş həyata keçirən təyyarə və digər avadanlıqları hədəfindən yayındırmaq üçün istifadə olunan Radiomaneə kompleksi "Pole-21", naviqasiya və telemetriya siqnallarını susdurmaq üçün istifadə edilən "Repellent-1" radioelektron mübarizə kompleksi ilə silahlandırıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
302 295 135 120 166 155

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.