cabir

cabir Avto Dünya 18-02-2025, 16:30

"Avtomobil satıldıqda mütləq şəkildə icbari sığortaya xitam verilməlidir"-NİCAT ƏLİBƏYLİ

"Avtomobil satıldıqda mütləq şəkildə icbari sığortaya xitam verilməlidir"-NİCAT ƏLİBƏYLİ
Avtomobilini satıb yeni avtomobil alan zaman onu sığortalamaq istədikdə vətəndaşa sığorta məbləğinin artdığını bildirirlər. Bunu da belə əsaslandırırlar ki, satdığı avtomobilin sahibi qəza törədib və sığorta hələ də vətəndaşın adınadır. Vətəndaş bu zaman məcbur olub başqasının qəza törədiyinə görə yüksək sığorta haqqı ödəməli olur.
Bu cür problemlə qarşılaşan vətəndaş nə etməlidir?

Mövzu ilə bağlı Sun.Az -a açıqlama verən sığorta mütəxəssisi Nicat Əlibəyli bildirib ki, şəxsin avtomobilinin icbari sığortası var: "Sığorta qüvvədə olduğu halda avtomobilini digər şəxsə satır. Şəxs bu zaman mütləq şəkildə sığorta müqaviləsinə xitam verməlidir. Sığortaya xitam verilmədiyi təqdirdə hər hansısa bir hadisə baş verərsə sığortanı ləğv etməyən şəxsin bonus məbləğində müvafiq dəyişikliklər baş verir. Qəzadan sonra sığorta haqqının qiyməti qalxır. Bu artıq vətəndaşın məsuliyyətsiz yanaşmasının nəticəsidir. Avtomobil satıldıqda mütləq şəkildə icbari sığortaya xitam verilməlidir.
Əgər avtomobil etibarnamə ilə satılıbsa və "tex pasport"da maşının köhnə sahibinin adı varsa, bu daha böyük problem yaradacaq. Əgər "tex passport"da göstərilən ad maşının yeni sahibinə aiddirsə, bu zaman sığorta ilə bağlı yaranan problem aradan qaldırılacaq".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
766 683 203 212 173 204

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.