ice berg

ice berg Xəbərlər 19-02-2025, 15:00

Sabahdan ali məktəb və kollec imtahanlarına qeydiyyat BAŞLAYIR

Sabahdan ali məktəb və kollec imtahanlarına qeydiyyat BAŞLAYIR
Sabahdan ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat (ərizə qəbulunun I mərhələsi) başlayır. Loading.aZın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun I mərhələsi 20 fevral-5 mart 2025-ci il tarixləri arasında aparılacaq.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlərin qeydiyyatı da 20 fevral-5 mart 2025-ci il tarixləri arasında həyata keçiriləcək.

Qeyd edək ki, ali məktəbələqə qəbulun I mərhələsi hesab olunan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 2-9 mart 2025-ci il tarixlərində keçiriləcək.

Eksternat qaydasında 11-ci sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı 6 apreldə oılacaq.

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyənlərin qeydiyyatı (ərizə qəbulunun ikinci mərhələsi) aprel – may aylarında həyata keçriləcək.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi (1-ci cəhd) may – iyun aylarındaolacaq

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
330 338 161 151 139 154

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.