ice berg

ice berg İdman 19-02-2025, 16:00

Həvəskar xizəkçilər Türk Dövlətləri Kubokunda iki medal qazanıblar

Həvəskar xizəkçilər Türk Dövlətləri Kubokunda iki medal qazanıblar
Azərbaycanın həvəskar xizəkçiləri ilk dəfə keçirilən Türk Dövlətləri Kubokunda iki medal qazanıblar. Loading.aZ xəbər verir ki, Türk Dövlətlərinin Xizək Kurortları İttifaqının təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının dəstəyi ilə Özbəkistanın Əmirsoy Dağ Kurortunda həvəskarlar arasında xizək yarışı üzrə ilk dəfə Türk Dövlətləri Kuboku keçirilib.

Yarışda Azərbaycanı təmsil edən Ceyhun Balametov qızıl, Famil Valimotov isə bürünc medala sahib olublar.

Qeyd edək ki, fevralın 18-də baş tutan turnirdə Azərbaycanla yanaşı, Özbəkistan, Qazaxıstan və Türkiyədən müxtəlif yaş kategoriyaları üzrə 50-yə yaxın xizəkçi iştirak edib. Qaliblər kubok və medallarla təltif olunublar. Türk Dövlətlərinin Xizək Kurortları İttifaqına Azərbaycanın Şahdağ, Özbəkistanın Amirsoy,Qazaxıstanın Şimbulak və Türkiyənin Uludağ Dağ Kurortları daxildir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
317 323 188 194 169 225

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.