ice berg

ice berg Xəbərlər 20-02-2025, 12:00

"Bakı Metropoliteni"də YENİ TƏYİNAT

"Bakı Metropoliteni"də YENİ TƏYİNAT
İnarə Vəliyeva "Bakı Metropoliteni" QSC sədrinin müşaviri təyin edilib.

Bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Qeyd edək ki, İnarə Vəliyeva 1986-cı ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində bakalavr, 2007-2010-cu illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində magistr təhsili alıb.

2007-2014-cü illərdə “Procter&Gamble” şirkətində marketinq və brend menecmentliyi sahələrində regional rəhbər

vəzifələrində, 2015-2021-ci illərdə “Dərs evi" tədris mərkəzinin direktor müavini vəzifəsində çalışıb.

2014-cü ildən fərqli sektorlarda marketinq, brend menecmentliyi, kommersiya sahələrində konsultasiya xidmətləri göstərib.

2021-ci ildən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində müxtəlif qurumlarda rəhbər vəzifələrdə çalışıb. Məlumat Hesablama Mərkəzi, “Azintelecom”da sədr müavini, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri vəzifələrində çalışıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
686 663 173 183 187 149

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.